Tap to unmute

Azərbaycana 30 ilin ən sərt qışı gəlir - QAR YAĞACAQ, ÇOVĞUN OLACAQ

Paylaşın
Daxil et
  • Tarixində dərc edildi 10 Yan 2022
  • "Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək".

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərinə yayıldıqda belə hava hadisəsi “arktika sıçrayışı” adlanır: "Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".
    O qeyd edib ki, sabah hava nisbi sabit olacaq, bəzi ərazilərdə duman gözlənilir:
    "Lakin həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq.
    Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar yanvarın 13-də səhər Naxçıvan MR-də, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur".
    Onun sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək: "Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir. Ayın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi müşahidə olunacaq. Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur".




    ictimai.tv/
    ictimaitv.o...
    itv.az/

Şərh • 281

  • Deniz Sema
    Deniz Sema Gün əvvəl +235

    ALLAHIM QAR YAĞSIN AMA ƏSGƏR BALALARIMIZI ÖZÜN QORU SOYUĞDAN DÜŞMƏN GÜLLƏSİNDƏN HİYLƏSİNDƏN EVSİZLƏRƏ KÖMƏK OL YA RƏBİM

  • Əkbər Hüseynov
    Əkbər Hüseynov Gün əvvəl +140

    Allah sənə yalvarıram əsgərlərimizi qoru soyugdu qar yağış düşmən gülləsi Allahım qoru cəmi əsgər balalari

  • cesika fernandes
    cesika fernandes Gün əvvəl +191

    Qar yagacaq deyende birinci eskerlerimiz herbicilerimiz yadima duwur.allah onlari qorusun.evsizler nece olacaq?aciq havada iw gorenler evlerine nece corek pulu aparacaq.bunlari fikirlewende o qarin kefini cixartmaq olmur.yagmasin.😣

  • Rauf Elgiz
    Rauf Elgiz Gün əvvəl +100

    oğlum əsgərdi.allah bütün əsgərlərimizi qorusun.kaş biz vakideyinlər də gedib övladlarimizla xidmət çəkərdik

  • Kamran Məmmədov
    Kamran Məmmədov Gün əvvəl +57

    Hər ilin yanvar ayında eyni söhbəti edirlər və bezmirlər. Amma olanda da sadəcə bir neçə saat yağış yağır temperatur düşür sonra yenidən düzəlir.

  • Naxçivan Alieva
    Naxçivan Alieva Gün əvvəl +31

    Allahım Sen Qoru Bizleri.Senin meslehetine Min Şükürler olsun.🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • Fərhad Nağıyev
    Fərhad Nağıyev Gün əvvəl +17

    Biri deyir qar yağsın, o biri deyir yağmasın😊 Allah sifarişlə iş görmür. Hər şeyi nizamlayan Allahdı☝🏻Şükür Allahın məsləhətinə🤲🏻

  • Sehla Tebriz
    Sehla Tebriz Gün əvvəl +92

    Tezliklə yaz gəlsin ardından yay. Uşaq olarkən qışı qarına göre sevirdim. Amma indi evsiz insanları görüb, esgərlərimizi düsünüb qar istemirem. Umumiyyətlə qış tez keçsin bircə.

  • Necmeddin Qaracayev
    Necmeddin Qaracayev Gün əvvəl +21

    Xeyirli bərəkətli olsun. ALLAH əsgərlərimizi yola çıxan yolcuları sürücüləri qorusun amin inşallah.

  • Turan - kazımlı
    Turan - kazımlı Gün əvvəl +49

    Bizə qar yaraşmır birincisi əsgər balalarım ıza soyuq olur ikincisi millətin odun odunacağı yoxdur şəhərimizdə.isə.millət kreditlə min əzabla maşın alıb hərəsi bir dərəyə sürüşəcək sonrada təmir etfir.

  • Naula guliyeva
    Naula guliyeva Gün əvvəl +10

    Qışı sevərdim, indi sevmirəm. Evi isti olmayan insanlar, Qazı vura bilməyənlər var. Kücələrdə yatanlar var. Allah rəhm eləsin.Tez yay gəlsin🙏😔

  • Nicat Nuriyev
    Nicat Nuriyev Gün əvvəl +76

    QAR YAĞMAĞI ƏLADI TƏMİZLİKDİ HAVA TƏMİZLƏNİR SU ÇOXALIR 🏔️⛰️⛰️🌧️🌨️🌨️🌬️🌬️🌊🌲☘️🍀🌳🌳🌬️🌬️❄️❄️☃️🏔️🏔️⛄⛄💧💧🌨️🌨️🌨️

  • Play Looa
    Play Looa Gün əvvəl +45

    Bu qədər kasıb insanlar Allaha dua edir qar yağmasın Allahda duaları eşidir qar yağsa camahat acınan qrıldı qaz yandıra bilmirik işıq yandıra bilmirik əllərmiz qalıb Allah dərgahında

  • Narmina Mirgasimova
    Narmina Mirgasimova Gün əvvəl +12

    ALLAH ORDUMUZU QORUSUN, ÜREYIM OLARIN YANINDADI!SALAMAT EVLERINE QAYITSINLAR,MEN DE OGUL ANASIYAM,BILIREM INDI OGULLARI ESGER OLAN ANALAR......TANRI OGULLARIMIZI QORUSUN!!!AMIN!

  • Dilber Musayeva
    Dilber Musayeva Gün əvvəl +26

    Allahim sən əsgərlərimizə kömək ol 🤲🤲🤲🤲🤲🤲

  • Cesur Kazimli
    Cesur Kazimli Gün əvvəl +9

    Canımız əsgər qardaşlarımız Allah sizə yar olsun.

  • Bextiyar məmədov
    Bextiyar məmədov Gün əvvəl +3

    Qar yağmasın çovğun olmasın.əsgərlərmiz var.Allah qorusun əsgərlərmizi.

  • Sübhanp Qasimov
    Sübhanp Qasimov Gün əvvəl +14

    Bakiya qar yağsin ama serhedde hava isti olsun bizim igidlerimiz üşümesin.allah qorusun ordumuzu

  • Deniz Yusifova
    Deniz Yusifova Gün əvvəl +2

    Allah evinden kenarda olan hamını qorusun.Başda Esgerlerimiz olmaqla🙌

  • ___~G~___
    ___~G~___ Gün əvvəl +28

    İnşallah qar yağar çünki qışda güneşin olması düzgün deyil Mence ,,