Tap to unmute

Qaraciyərin Öldüyünü Göstərən 14 Əlamət!

Paylaşın
Daxil et
  • Tarixində dərc edildi 5 Noy 2022
  • Bu gün qaraciyərdəki problemlərdən xəbər verən bir neçə əlamət haqqında danışacağam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək. Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir. Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir. Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur. Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən simptomlara diqqət yetirməliyik. Çünki bu orqanın sağlamlığı sağlam yaşamağın açarıdır. Sirr isə problemlər haqqında bəribaşdan bilmək və vaxtında müalicəyə başlamaqdadır.
    Qaraciyərdə problem olduğunu göstərən əlamətlər
    Orqandakı əksər problemlər gözlə görülmür və hiss edilmədən xroniki şəkildə irəliləyir. Yalnız laboratoriyada aparılan analizlər problemin həcmini dəqiq şəkildə bilməyə imkan verir. Amma mütəmadi olaraq, qaraciyərimizin sağlamlığını yoxlamaq şansımız da var. Bütün digər orqanlarda olduğu kimi, yaxşı olar ki, qaraciyərdəki problemlər böyüməmiş ondan xəbər tutaq. Ən kiçik “xəbərdarlığı” belə, görməzdən gəlməməliyik. Məhz buna görə, bugünkü videonu həmin xəbərdarlıqlara ayırdım.
    1. Dəridə qaşınma və soyulma. Bilirik ki, öd suyunu qaraciyər istehsal edir. Öd suyunun həzm prosesindəki önəmli yeri barədə başqa bir videoda daha ətraflı danışacağam. İndi, sadəcə, qeyd etmək istəyirəm ki, öd suyu olmasa, həzm prosesi iflasa uğraya bilir. Öd suyu qaraciyərdə istehsal olunduqdan sonra kanal vasitəsilə öd kisəsinə axır. Qaraciyərin işində hansısa kiçik axsaqlıq olarsa, öd suyunun axması damcı şəklinə keçir, yaxud dayanır. Bu da həzm zamanı öd suyu çatışmazlığına gətirib çıxarır. Dəridə qaşınma və soyulma öd suyu əksikliyinin ilkin əlamətlərindəndir. Hərdən qaşınan və soyulan nahiyədə ağrı da hiss edilir. Bəs, qaraciyərdə nə baş verir ki, bu hallar meydana çıxır? Əlamətlərin “haqqında danışdığı” problemlərdən biri qaraciyərin həddən artıq yüklənməsidir. İkincisi isə, öd suyunun orqanın toxumalarında yığılmasıdır. Qaraciyər səbəbilə yaranan qaşıntılar ayaqların altında, ovucların içində, əlin üstündə, hətta kürəkdə də ola bilər. Profilaktik tədbirlərdən ən əlçatanı axşamlar yemək əvəzinə meyvə-tərəvəz yemək və yatmazdan əvvəl qaynar su ilə duş almaqdır.
    2. Dəridəki dəyişikliklər. Qaraciyərin problemindən xəbər verən digər “dəri siqnalı” isə qəfildən peyda olan ləkələr, səbəbsiz hematomalardır. Bundan əlavə, dəridə köpmələr, kiçik, sarı, yaşıl rəngli qabarmalar yaranması da oxşar əlamətlərdir. Ovuc içində qızarmalar və temperaturun artması da qaraciyərin xəstələnməsi haqqında xəbərdarlıqdır. Qaraciyərinizi müalicə etdirsəniz, bütün bu dəyişikliklərin yoxa çıxdığını görəcəksiniz.
    3. Dabandakı çatlar. Qaraciyərin istehsal etdiyi öd suyu orqanizmdə yağ turşularının, E, C, A, B3 vitaminlərinin işlənməsini təmin edir. Bu vitaminlər dərinin qan dövranı və tonusu üçün çox vacibdir. Əgər qaraciyər düzgün işləmirsə, yaxud iş qabiliyyəti aşağı düşübsə, öd suyu lazımi keyfiyyətdə olmur. Və bu da yağ turşularının, vitaminlərin düzgün işlənməməsinə gətirib çıxarır. Orqanizm ehtiyacı olanlardan kəm qalır və quruyur. Zamanla da çatlayır, soyulur. Bu zaman düzgün qidalanmaq və orqanizmi susuz qoymamağa çalışmaq lazımdır. Rasiona göyərtilərin, tərəvəzlərin, giləmeyvələrin və dənli bitkilərin daxil edilməsi də mütləqdir.
    4. Şişkinliklər. Qaraciyərdə yaranan problemlər bərabərində böyrək çatışmazlığı və ya qan dövranının pozulmasını da gətirə bilir. Süzülmə prosesinin düzgün getməməsi duzların dərialtı toxumalara yığılmasına səbəb olur. Bu da, xüsusilə, ayaqlarda şişkinliklər yaradır.
    5. Saç tökülməsi. Qaraciyərdəki problemlərin saç tökülməsini sürətləndirdiyi qeyri-adi hadisə deyil. Demək olar ki, orqanizmin qidalanması üçün bütün lazımi elementlərin emalına qaraciyər məsuldur. Əgər qaraciyərin işində axsamalar varsa, demək, orqanizm lazımi qədər qidalana bilmir. Bu da yaraların gec sağalması, saçların tökülməsi, dırnaqların qırılması ilə özünü biruzə verir.
    6. Tərləmələrin intensivliyi. Qaraciyər zərərli maddələrlə yüklənməyə məruz qalarsa, onun iş sürəti artır. Bu da orqanizmin temperaturunun artmasına, nəticədə də, intensiv tərləmələrə səbəb olur.
    7. Daimi yorğunluq. Qaraciyər toxumalarında zərərli maddələrin miqdarı yüksəkdirsə, orqanizm bütün gücü ilə onun təmizlənməsinə çalışır. Bu da insanda yorğunluq hissi yaradır. Yorğunluq elə bir hal alır ki, yaxşı bir istirahətdən, bərk yuxudan sonra da keçib getmir.

Şərh • 385

  • @orxanalizade9627

    İnsanın öldüyünü göstərən 1 əlamət - pulun yoxluğu

  • @bayramresulol9611

    Vacib və dəqiq mılumata görə sağ olun, var olun!!👍🌷

  • @dogrudansan9818
    @dogrudansan9818 21 gün əvvəl +70

    çox sağ olun verdiyiniz məlumata görə.ama unutmayın hal hazırda xalqımızın 40 faizi xəstədir.amama maddiyatdan heç kim həkimə gedə pilmir.çünki pul yoxdur.

  • @e020
    @e020 21 saat əvvəl +17

    Tek bildiyim bir iw var bu heyatda stresden uzaq ol, saqlam qal, insanin bawina ne gelirse esebden gelir..☝🙂 Butun insanlar ozunde bunu analiz ede biler. Rahat olanda derde duwmese fikir etmese gumrah olur ve xow her wey gozunde gozel gorsenir Allah ozu komek etsin🙏

  • @bextiyareliyev4233

    ALLAH KÖMƏY OLSUN HAMİZA AMİN

  • @akifguliyev3877
    @akifguliyev3877 28 gün əvvəl +65

    ILAHI Sonsuz Rəhminə,Kərəminə 124m.P.r, və ƏhliBeytə Xatir (qancыг йAPCILARDAN başqa) Butun Musalmanin Gunahin Baqişla hər 2 Dunyasin Ən Xeyrli et. Хəstələrinə Şəfa ver, Hacətin Tezləşdir, Mən,Boynumuzda Haqqi olanlar və Amin deyənlərdə onun icində AMIN

  • @user-re7rz8sl2p
    @user-re7rz8sl2p 21 gün əvvəl +29

    Allah razı olsun sizlərdən Allah köməyiniz olsun 🤲🏻💜🌍

  • @user-np6bz5nq1e
    @user-np6bz5nq1e 21 gün əvvəl +33

    Insanin orqanlari saglam olmaq uçun, gerek insan duzgun qidalansin. Bu zamandada duzgun qidalanmaq qeyri mumkundur ona gore ki, butun yeyib isdiyimiz mehsullar hamisi keyfiyyetsiz melum olmayan ximiyadir. Artiq bu onu gosterir ki, indi insanlar arasinda saglam olanlarin sayi 20% -a dusur.

  • @user-th1nn6nm1z
    @user-th1nn6nm1z 28 gün əvvəl +47

    15 ci Əlamət.

  • @bxtiyaryusifov6978
    @bxtiyaryusifov6978 28 gün əvvəl +48

    Oruc tutmaq butun xəstəklərə qalibdir

  • @samirehuseynova5216

    Faydalı məlumatlar üçün çox sağolun

  • @seadetnamazova3379
    @seadetnamazova3379 9 saat əvvəl

    Deyerli ,vacib,lazimli paylawiminiz ucun cox sag olun.🤲

  • @user-cp5sw3qc5r
    @user-cp5sw3qc5r 28 gün əvvəl +22

    Allah köməyin olsun həkimlərdən yaxşı izah etdin.

  • @zizseyidova8103

    Faydalı məlumatdır çox sağ olun

  • @royashiraliyeva
    @royashiraliyeva 14 gün əvvəl +6

    Çox vacib məlumatlar aldım, və özümdə olan əlamətlərin qaraciyerden olduğunu öyrəndim. Təşəkkür edirəm ❤️

  • @elchinaliyev8305
    @elchinaliyev8305 21 gün əvvəl +5

    Təşəkkür edirəm məlumatlılıq üçün. Cəmiyyətimizin sağlamlığı üçün çox vacib addımdir bu.

  • @sabirmemmedov4925
    @sabirmemmedov4925 28 gün əvvəl +15

    Cox sag ol Bahadur bey deyerli faydali məlumatlar ucun

  • @nazaalieva6001
    @nazaalieva6001 19 saat əvvəl

    Çox sağolun bizləri xəbədar edirsiniz . Çox razıyıq .

  • @lman5622
    @lman5622 14 gün əvvəl +5

    Həmişəki kimi gözəl paylaşım .məlumat üçün təşəkkürlər 🤲

  • @merliyla276

    Məlumatlar ucun cox sag olun